Ana Sayfa Guncel Asayiş Siyaset Ekonomi Eğitim Kültür-Sanat Sağlık-Yaşam Spor Araştırma İnceleme Bölgeden Türkiye Teknoloji Seçime Doğru
6 hastaya umut oldu
6 hastaya umut oldu
Narman GSİM’de Söğüt dönemi
Narman GSİM’de Söğüt dönemi
Karasu’da balık ölümleri araştırılıyor
Karasu’da balık ölümleri araştırılıyor
Kutlu: ‘Erzurum bizim için bir gururdur’
Kutlu: ‘Erzurum bizim için bir gururdur’
Olur'da heyelanın kapattığı yol trafiğe açılıyor
Olur'da heyelanın kapattığı yol trafiğe açılıyor
HABERLER>KÜLTÜR-SANAT
12 Eylül 2013 Perşembe - 09:43

Erzurum’da yine yağar kar ...

Azerbaycan’da yayımlanan Palitra Gazetesi’nde Çınara Vakıf Erzurum’u anlattı. Vakıf Erzurum’u Şair Vahid Dağtumaslı’nın dizeleriyle tarif etti. Akıcı bir üslupla kaleme alınan yazıyı sunuyor, Azerbaycanlı meslekdaşlarımıza kalbi şükranlarımızı sunuyoruz.

Erzurum’da yine yağar kar ...

‘Bir Millet, iki devlet’ olarak tarif eden Türkiye Azerbaycan kardeşliği, basına da yansıyor. Azerbaycan’da yayımlanan Palitra Gazetesi’nde Çınara Vakıf Erzurum’u anlattı. Vakıf Erzurum’u  Şair Vahid Dağtumaslı’nın dizeleriyle tarif etti. Akıcı bir üslupla kaleme alınan yazıyı sunuyor, Azerbaycanlı meslekdaşlarımıza kalbi şükranlarımızı sunuyoruz.

“ƏRZURUMDA YENƏ YAĞAR QAR HƏLƏ...”

 

Çinarə Vaqif

 Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Ərzuruma gələn kimi, rəhmətlik şair Vahid Dağtumaslının musiqiçi dostu, həmkəndlisi Firudin İsayevə ithaf etdiyi şeirində oxuduğum bu bənd yadıma düşdü:

 

Ərzurumda yenə yağar qar hələ,

Bu dünyanın keşişləri var hələ.

Yaxşı ki var namus, qeyrət, ar hələ,

Yoxsa aləm yanıb dönər küləmi?

 Çalma, qardaş, çalma “Yanıq Kərəmi”.

Ərzurum dağlarının başında hələ də qar görsənirdi. Günəşin parlamasına və havanın isti olmasına baxmayaraq, həm də soyuqdu. Dağların başında ağaran qarın soyuğu üşüdürdü adamı. Yəqin ki, Bakıda 3-cü mikrorayon dairəsindən hərbi hospitala gedən yolun üstündə, daha dəqiq desək, yolun sağ tərəfində tikilən Ərzurum şadlıq evini görənlər var. Şadlıq evinin binasının üz örtüyü sarı rənglə qırmızı rəngin qarışığının çaları, hardasa bir az narıncı rəngi xatırladır. Tən ortadan yuxarı hissədə bir tabloda başı qarlı hündür dağ təsvir edilib və şadlıq evinin adı yazılıb: “Ərzurum şadlıq sarayı”. Sonradan, deyəsən, “şadlıq sarayı” ifadəsini “restoran”la əvəz etdilər. Demək istəyirəm ki, mən Ərzurumda olub o dağları seyr edəndə gözlərimin önünə həmin restoran gəldi. Anladım ki, restoran sahibi hər kimdirsə, çox uğurlu seçim edib. Elə hər mənada. Restoranın binasının üz örtüyünün rəngini izah etməkdə necə çətinlik çəkdimsə, indi o yerlərin torpağının rəngini də eyni çətinliklə sizlərə anlada bilərəm. Restoranın adının yazıldığı tablodakı başı qarlı dağ-özüdür ki, var. Hətta sözügedən şadlıq sarayını televiziyada reklam edərkən İbrahim Ərkalın “Hadı gəl, Ərzuruma gəl” mahnısını səsləndirirdilər.

Ərzurum, həqiqətən də, gördüyüm ən gözəl yerlərdən biridir. Bizi dağların zirvəsində gözəl bir məkana gətirdilər, böyük bir otel idi və həyətində yaşıllığın içində, təmiz havada restoran. Burada Ərzurum mətbəxinə məxsus olan təamlara qonaq elədilər bizi. Gözlərimizin önündə yalnız quzu ətindən hazırlanan “cağ kabab” bişirilirdi və masalarımıza paylanırdı. Kiçik şişəbənzər “cağ”larda verilən kababı yaymayla (yuxa və ya lavaşla) yeyirlər. Əslində proqram üzrə biz bu kalorili və ləzzətli yeməkdən sonra zirvəyə dırmaşmalıydıq. Amma hava şəraiti buna imkan vermədi. Yeməkləri təzəcə bitirib süfrədən qalxmaq istəyirdik ki, yağış yağmağa başladı. Qəribə hava idi, bir tərəfdən gün parlayırdı, bir tərəfdən də yağış. Avtobusa yığılıb bizim üçün yer ayrılan otelə getdik. Zirvədən avtobusumuz aşağı düşəndə yağış azalırdı. Beşulduzlu, hər şəraiti olan otelə çatıb bir az istirahət etdik. Daha sonra proqrama uyğun olaraq yolumuza davam elədik. Xüsusilə də qış turizmi ilə məşhurlaşan Ərzurumun qış idman mərkəzlərini bir-bir gəzdirdilər bizə. İlk gəldiyimiz yer “Kayakla atlama” qalaları idi. Türkiyənin ilk və tək kayakla atlama qalaları məhz Ərzurumdadır. Bura Avropanın ən böyük, dünyanın isə üçüncü böyük atlama qalalarıdır. İçərisinə daxil olub liftlə yuxarı qalxdıq. Qalanın içində kafe də fəaliyyət göstərir. Qalanın üstünə, ən son mərtəbəsinə çıxanda Ərzurumun gözəl mənzərəsi insanın ayaqlarının altında qalır.

Ərzurumun qış turizm mərkəzləri sırasında buz hokkeyi, buz üstündə rəqs və s. bu kimi maraqlı idman mərkəzlərinin də adlarını çəkmək olar. Buz üzərində rəqs mərkəzinə gələndə bizimkilər buz üzərində hərəkəti tənzimləyən dəmir altlıqlı ayaqqabıları geyinib sürüşməyə çalışdılar. Axı biz hər şeyin dadına baxmalıyıq. Bəzi həmkarlarım hətta yıxılmaq təhlükəsiylə də üz-üzə qaldılar. Mərkəzin tələbələri bizimkilərə kömək məqsədilə gah qollarından tutur, gah da sağ-solunda gedirdilər. Maraqlı görüntü idi.

 Qış turizm mərkəzlərindən bəhs edərkən Ərzurum dağlarında Palandökən ərazisində xizəklə sürüşməni və xüsusi quraşdırılmış kanatları yaddan çıxarmaq olmaz.

 Ümumiyyətlə, Ərzurum elə bir yerdir ki, bura nəinki bizim kimi yayda, ilin bütün fəsillərində - hətta qışda da gəlmək və bütün bu gözəlliklərdən zövq almaq olar. Turizm üçün çox əlverişli bir məkandır. İstər yay, istərsə də qış turizmi ilə əraziyə səfər edən bütün turistlərin doya bilməyəcəyi gözəl Ərzurumda qədim və tarixi yerlərlə yanaşı, həm də müasir komplekslərə də rast gəlmək olur.

 Qış turizm məkanlarını gördükdən sonra bizi “Taşhan”a gətirdilər. “Taşhan” və ya Daşxana deyilən bu böyük ərazi həm də “Rüstəm Paşa Bedestanı” və “Oltu Daşı Bazarı” kimi də tanınır. Daşxana qanuni Sultan Süleymanın vəzirlərindən biri Rüstəm paşa tərəfindən 1561-ci ildə karvansara kimi tikdirilib. Oltu daşı bazarı həm atelye, həm də satış mərkəzi kimi istifadə edilir. Karvansara şəklində tikilən Daşxananın içərisindəki atelyelərdə oltu daşından müxtəlif bəzək əşyaları, təsbehlər, gümüşlər və s. düzəldilir və elə buradaca satılır. Əl əməyi, göz nuru olduğuna görə təbii ki, burada satılan gümüşlər, təsbehlər və s. çox dəyərlidir.

 Daşxananı tərk edəndə çox yorğun və həm də ac idik. Bizə dedilər ki, bugünkü axşam yeməyini “Ərzurum Evləri”ndə yeyəcəyik. Adı çəkilən məkanı görməyə səbirsizlənirdik. Düşünürdüm ki, adi bir türk restoranına gedirik. Gəlib çatanda mənzərə məni çaş-baş saldı. Məkana girəndə hamı ayaqqabılarını çıxarırdı, ayaqyalın keçirdi. İçərisinə daxil olanda elə bildim ki, qədim əntiq əşyalar saxlanan muzeydəyəm. Məlum oldu ki, bura xüsusilə restoran məqsədilə tikilməyib. Bura həqiqətən də, qədim evlər olub. İçərisində qədim və əntiq əşyalar, milli sənət nümunələri, keçmişə aid xalçalar və digər avadanlıqlar olan evlər. Bu evlərin 330 illik tarixi var. Bir-birinə bənzəyən 330 illik 15 evi 13 il bundan əvvəl birləşdirib “Ərzurum Evləri” adlı çox rahat, muzeyəbənzər restorana çeviriblər. Restorandakı bütün müştərilər yerdə bardaş qurub əyləşirlər. Evlərin milliliyini və qədimliyini qoruyub saxlamaq məqsədilə burada masa və miz olmur. Xüsusi qonaqlar və turistlər üçün isə (məsələn, bizə) masa açırlar. Ərzurum evlərinin içərisi labirinti xatırladır. Düşünürəm ki, bizim yerli iş adamları bu təcrübəni Azərbaycanda həyata keçirə bilərlər. Amma maraqlıdır, harada qədim ev tapa biləcəklər? Və ya qədim əntiq əşyalar? Axı son vaxtlar içərisində kommunal problemləri bol, üstü bərbəzəkli yeni tikililər köhnə evləri əvəz edir. Qədim əşyaları isə bəzi işbazlar ev-ev gəzib dəyərinə-dəyməzinə alırlar camaatdan.

Ərzurumda qardaşa-dadaş deyirdilər. Bizlərdə də bəzi regionlarda dadaş, lələ deyirlər. Buralarda mən sükan arxasında qadın görmədim. Sözün düzü, heç tıxaca da düşmədik. Yollardan və avtomobillərdən söz düşmüşkən, olduğum yerlərdə xarici avtomobillər çox az, hətta yox dərəcəsində idi. Maraqlandım. Dedilər ki, istər Gürcüstandan, istərsə də Almaniyadan ölkəyə maşınlar, demək olar ki gətirilmir. Gömrük rüsumları çox yüksəkdir. Bunu isə qəsdən belə ediblər ki, əhali yalnız Türkiyə istehsalı olan “Fiat” markalı avtomobillər alsın. Ölkənin bu siyasətini çox bəyəndim. Gömrük rüsumunu bizlərdə də yüksək qiymət eləsələr, yəqin ki, ölkəyə gətirilən avtomobillərin sayı xeyli azalardı. Bizdə əksinə olduğuna görə, hazırda insandan çox avtomobil var. Buna görə də tıxaclarda saatlarla qalmaq ənənə halını alıb.

 Mənə ən xoş təsir bağışlayan isə bu gözəl məmləkətin hər yerində, hər binanın, iş yerlərinin, dövlət və özəl müəssisələrin, ali və orta təhsil ocaqlarının-hətta şəxsi evlərin də qarşısında Türkiyə bayrağını görmək idi. Türk bayrağının hər yerdə məğrurcasına dalğalandığını görmək insana yüksək əhvali-ruhiyyə bəxş etməklə yanaşı, həm də qürur verir!

 (ardı var...)

 

Çinarə Vaqif

 Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 
Yolcu otobüsünde 3 kilogram eroin ele geçirildi
 
580 yatırımcıya hibe desteği
YORUMLAR
 Onay bekleyen yorum yok.

Küfür, hakaret içeren; dil, din, ırk ayrımı yapan; yasalara aykırı ifade ve beyanda bulunan ve tamamı büyük harflerle yazılan yorumlar yayınlanmayacaktır.
Neleri kabul ediyorum: IP adresimin kaydedileceğini, adli makamlarca istenmesi durumunda ip adresimin yetkililerle paylaşılacağını, yazılan yorumların sorumluluğunun tarafıma ait olduğunu, yazımın, yetkililerce, fikrim sorulmaksızın yayından kaldırılabileceğini bu siteye girdiğim andan itibaren kabul etmiş sayılırım.
 

Bu haber henüz yorumlanmamış...

FACEBOOK YORUM
Yorumlarınızı Facebook hesabınız üzerinden yapın hemen onaylansın...
KATEGORİDEKİ DİĞER HABERLER
Yılmaz Erzurum’un gururu oldu
Diyanet İşleri Başkanlığı tarafından düzenlenen erkekler hafızlık yarışmasında, ...
Kaymakam Şen’den Oltu övgüsü
Oltu Kaymakamı Abdullah Şen, ilçe halkının sıcaklığı ve coğrafik konumu ...
‘Erzurum’a hayırlı olsun’
Erzurum eğitim, kültür ve sanat alanında önemli bir tesise daha kavuşuyor. ...
 
‘Radyo Günleri Erzurum’ başlıyor
TRT Müzik ekranlarında her Perşembe saat 15:00’da başlayacak “Radyo Günleri ...
Ölene kadar türkü söyleyeceğim’
İzmirliler’in gönlünü fetheden ve Türkülerin Prensi ünvanını alan Erzurumlu ...
Dadaş Hafız Yılmaz birinci oldu
Diyanet İşleri Başkanlığı tarafından düzenlenen 2012-2013 Eğitim Öğretim ...
 
Dadaşlar Meriç’i andı
ERDEF Hamamönü sohbet toplantılarının bu haftaki bölümünde ünlü düşünür Cemil Meriç anlatıldı.
Erzurum’dan Bilecik’e cirit sinerjisi...
Türk ata sporlarından olan cirit, 732. Ertuğrul Gazi’yi Anma ve Yörük Festivali’ne damga vurdu.
Ecdada vefa, tarihe saygı
İHSAN KUMRU_Vakıflar Bölge Müdürlüğü kent merkezinde yer alan Habibbaba, ...
 
KANAL ERZURUM
ÇOK OKUNANLAR
ÇOK YORUMLANANLAR
ARŞİV
ANKET
Erzurumspor’un Yeni Sezon Önceliği:

a. Ligde kalmak
b. Playoffa kalmak
c. İlk iki için mücadele


Sonuçları göster Anket arşivi
Ana Sayfa Guncel Asayiş Siyaset Ekonomi Eğitim Kültür-Sanat Sağlık-Yaşam Spor Araştırma İnceleme Bölgeden
KünyeKünye FacebookFacebook TwitterTwitter Günün HaberleriGünün Haberleri